Əsas səhifə » Böyük Britaniya səfirindən Anım günü ilə bağlı paylaşım

Böyük Britaniya səfirindən Anım günü ilə bağlı paylaşım

Bakı, AzerVoice

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 27 Sentyabr - Anım günü ilə bağlı paylaşım edib.

AzerVoice xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında qeyd edib.

"27 Sentyabr - Anım Günündə müharibədə həyatını itirənləri hörmətlə anırıq. Regiona tezliklə sülh və əmin-amanlığın gəlməsini diləyirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Digər Kateqoriyalar

2024 © Azervoice