Əsas səhifə » Karantin rejiminin müddəti uzadıldı

Karantin rejiminin müddəti uzadıldı

Bakı, AzerVoice

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi yanvarın 1-dək uzadılıb.

AzerVoice xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 yanvar saat 06:00-dək uzadıldı.

Qeyd edək ki, bundan əvvəl karantin rejiminin müddəti 1 oktyabra qədər uzadılmışdı.

Digər Kateqoriyalar

2025 © Azervoice