Əsas səhifə » Hakan Fidan Çin mediasına Uyğurların haqlarından danışdı

Hakan Fidan Çin mediasına Uyğurların haqlarından danışdı

Bakı. AzerVoice:

Türkiyənin xarici işlər naziri Hakanı Fidan 3-5 iyun tarixlərində Çinə olan səfəridən qayıdarkən Uyğur türklərinin həyatı və mədəni haqları ilə bağlı açıqlama verib.

AzerVoice xəbər verir ki, Nazir Fidan Çinə səfərində prioritetinin iki ölkə arasında siyasi və digər sahələrdə, xüsusilə də ticari əməkdaşlıq sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi olduğunu bildirib.

"Bildiyiniz kimi, ticarət əlaqələri ilə bağlı Çin Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. Hazırda iki ölkə arasında ticarətin həcmi 50 milyard dollara yaxınlaşır. Bu, müəyyən qədər Çinin xeyrinə işləyir" deyən Fidan bildirib ki, səfərdə bunun necə daha balanslı hala gətirilə biləcəyi müzakirə olunub.

Çinli dostları ilə keçirdiyi görüşlərdə uyğur məsələsi ilə bağlı Fidan bunlar deyib: “Xüsusən də uyğur məsələsini bir mədəni zənginlik kimi görmək və burada heç bir problem sahəsi görmədən, xüsusiyylə uyğurların başda mədəni haqqları olmaqla yaşama hüquqları mövzusunda dünyada və İslam aləmində formalaşan təsəvvürün dəyişdirilməsi həm Çinin həm də bizim xeyrimizədir.". O həmçinin "biz həmişə deyirik ki, biz Çinin tək Çin siyasətini dəstəkləyirik və onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik." deyə əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice