Əsas səhifə » Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib

Sahibə Qafarova Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib

BAKI, AzerVoice

Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının açılış mərasimində iştirak edib.

AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, təşkilatın Baş katibi Martin Çunkonq mərasim iştirakçılarını salamlayaraq, Assambleya çərçivəsində müzakirə olunacaq mövzuların aktuallığı ilə bağlı fikirlərini səsləndiriblər.

Qeyd edək ki, spiker Sahibə Qafarovanın Assambleyada çıxışı nəzərdə tutulub. Azərbaycan parlamentinin sədri həmçinin tədbir çərçivəsində bir sıra ölkələrin qanunverici orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirir.

Digər Kateqoriyalar

2025 © Azervoice