Əsas səhifə » Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

Özbəkistanın birinci xanımı Birinci vitse-prezident Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib

Bakı, AzerVoice

Özbəkistan Respublikasının Birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm Mehriban xanım.

Təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan Novruz bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Şərq Yeni ilində Sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. Doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm".

Digər Kateqoriyalar

2025 © Azervoice