Əsas səhifə » Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Malayziya arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib

Bakı, AzerVoice

Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.

Elm və Təhsil Nazirliyindən AzerVoice-a bildiriblər ki, görüşdə ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib. Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice