BAKI,AzerVoice
Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı soydaşlarımızı və dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib.
AzerVoice xəbər verir ki, Baş nazir Azərbaycan vətəndaşlarına müraciət edərək, onlara sülh və firavanlıq arzulayıb.
"Novruz bayramı yenilənmə, xeyirxahlıq bayramıdır. Biz xristianlarla müsəlmanları, gürcüləri və azərbaycanlıları birləşdirən çoxəsrlik birgəyaşayış, dostluq münasibəti ilə fəxr edirik. Bu, həqiqətən də qürurverici bir münasibətdir, dostluqdur. Uzun illərdir ki, biz birgə ölkəmizin gələcəyini yaradırıq.
Bu tarix bu gün də davam edir və bu gözəl ənənədir ki, biz Novruz bayramını bizim uşaqlara, gələcək nəsillərə ötürməliyik. Sizə ən xoş arzular, sülh və firavanlıq arzulayıram", - hökumət başçısı deyib.