Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva martın
18-də Qubadakı Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqunda olub.
AzerVoice
xəbər verir ki, Leyla Əliyevaya sinaqoqun tarixi barədə məlumat
verilib.
Bildirilib ki, 1888-ci ildə inşa edilən sinaqoq Şərq üslubunda
tikilmiş qədim memarlıq abidəsidir. Böyük ibadət zalı olan
sinaqoqun içərisindəki ibadət divarına baxan hissə aron-kaduş
adlanır. Altıguşəli ulduz şəklində olan pəncərələr palıd ağacından
hazırlanıb. Burada dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik
ibadət zalı var.
Sovet dövründə məbəd anbar kimi istifadə olunub. Müstəqillik
illərində isə sinaqoq bərpa edilərək yenidən istifadəyə
verilib.