Əsas səhifə » Baykar Azərbaycanda çalışan mühəndislərin sayını açıqlayıb

Baykar Azərbaycanda çalışan mühəndislərin sayını açıqlayıb

BAKI,AzerVoice

Baykarın baş direktoru Haluk Bayraktar, Bayraktar Texnologiya Azərbaycan şirkətində çalışan mühəndis və texniklərin sayını açıqlayıb.

AzerVoice xəbər verir ki, Azərbaycana səfər edən Baykarın baş direktoru Haluk Bayraktar Bakıda keçirdiyi görüşlərlə bağlı sosial media hesabında paylaşım edib..

Eyni zamanda, o, Azərbaycanda ilk istehsal lisenziyasını aldıqlarını bildirib.

“Azərbaycanda pilotsuz hava texnologiyalarına dair fəaliyyət göstərmək üçün qurduğumuz Bayraktar Technologies şirkətimizdə çalışan 200-dən çox mühəndis və texniklə bir araya gəldik. Can Azərbaycan ilə əməkdaşlığımız güclənərək davam edir”,- deyə Bayraktar bildirib.

Bayraktar səfəri çərçivəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov ilə görüşüb. Nazir, ona hərbi mməkdaşlıq sahəsində göstərdiyi xidmətlərə görə orden təqdim edilib.

O, həmçinin Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə də görüşlər keçirdiyini bildirib.

İkinci Qarabağ müharibəsi zamanı Baykar tərəfindən istehsal edilən Bayraktar TB2 PUA-ları Azərbaycanın qələbəsində əsas amillərdən biri olub. Sonrakı illərdə Azərbaycan Bayraktar AKINCI PUA-nı da tədarük edərək Baykar ilə əməkdaşlığını daha da genişləndirib.

Ötən il Baykar ilə Azərbaycan Müdafiə Nazirliyi arasında “Ortaq Tədqiqat, İnkişaf və İstehsal üzrə Əməkdaşlıq Sazişi” imzalanıb. Bu çərçivədə Bayraktar Texnologiya Azərbaycan şirkətinin süni intellekt əsaslı robotik pilotsuz sistemlərin tədqiqat və inkişafı, pilotsuz sistem platformalarının istehsalı, zavod səviyyəsində texniki baxış və xidmət, pilotsuz sistemlər üzrə pilot, texnik və təmirçi təlimləri, sahə səviyyəsində texniki dəstək və logistika koordinasiyası sahələrində fəaliyyət göstərməsi nəzərdə tutulur.

Digər Kateqoriyalar

2025 © Azervoice