37
Bakı, AzerVoice
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan xarici işlər naziri Murat Nurtleu arasında təkbətək görüş başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
"Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır", – paylaşımda qeyd olunub.