Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif
fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AzerVoice
xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub
Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər
rəsmi şəxslər qarşılayıblar.