Bakı, AzerVoice
Bakı həm Asiya, həm Qafqaz və Xəzər hövzəsi üçün çox önəmli bir mərkəzdir.
AzerVoice xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen APA-nın “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda keçirilən 15-ci Plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan regional sabitlik üçün kifayət qədər əhəmiyyətli mərkəzdir:
“Azərbaycan ərazilərinin 30 ilə yaxın ədalətsiz işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi region üçün çox mühüm addımdır. Azad edilən ərazilərdə aparılan yenidənqurma işləri böyük irəliləyiş əldə edib.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ədalətli nəticəyə gətirilməsi təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün sabitliyi və rifahı gücləndirəcək. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq”.