Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr
keçirilib.
AzerVoice
xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad
Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin regional
təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici
İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet
Samsarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən
siyasi məsləhətləşmədə iştirak etdik.
Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda
əməkdaşlığın inkişafı müzakirə edildi", səfir qeyd edib.