129
Bakı,
AzerVoice
Azərbaycan Respublikası və Türkiyə Respublikası Hökuməti arasında
miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
AzerVoice xəbər verir ki, bu barədə
qərar Türkiye Resmi Gazete-də çap olunub.
Sazişdə iki ölkə arasında miqrasiya siyasətinin təkmilləşdirilməsi,
qanunsuz miqrasiyaya qarşı birgə mübarizə, miqrantların
hüquqlarının qorunması və miqrasiya axınlarının idarə olunması
sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri vurğulanıb.
Qeyd edək ki, saziş 6 iyun 2024-cü il tarixində Ankara şəhərində
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Göç İdarəsi
Başkanlığı ilə Azərbaycan Respublikası Hökumətinin Dövlət Miqrasiya
Xidməti arasında imzalanmışdı.