Əsas səhifə » Qırğızıstan XİN rəhbərliyi Azərbaycanın səfiri ilə görüşüb

Qırğızıstan XİN rəhbərliyi Azərbaycanın səfiri ilə görüşüb

Bakı,AzerVoice

Qırğızıstan xarici işlər nazirinin müavini Meder Abakirovla Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov arasında görüş keçirilib.

AzerVoice xəbər verir ki, görüş zamanı siyasi qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, eləcə də iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Bu kontekstdə tərəflər bu il Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice