Bakı,
AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində
Özbəkistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrini qəbul
edib.
AzerVoice xəbər verir ki , mətbuata
qapalı görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov,
Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya,
sənaye və ticarət naziri Laziz Kudratov, Özbəkistanın nəqliyyat
naziri İlham Mahkamov və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev iştirak edib.
Görüşdə, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da yer alıb.