Əsas səhifə » İnkişaf yolu Orta Dəhlizi gücləndirəcək - Uraloğlu

İnkişaf yolu Orta Dəhlizi gücləndirəcək - Uraloğlu

Bakı, AzerVoice

İnkişaf Yolu Layihəsi Orta Dəhlizi dəstəkləyəcək və gücləndirəcək bir layihədir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən üçtərəfli mexanizm toplantısında çıxış edən zaman deyib.

Uraloğlu həmçinin Ticarətdə alternativ yolların əhəmiyyətini vurğulayıb.

“Orta dəhlizin çox açıq şəkildə ortaya çıxdığını görürük. Həm regional ölkələrlə, həm də Azərbaycan və Özbəkistanla çox işimiz var. Biz bu araşdırmaları prioritet olaraq həyata keçirməyə çalışırıq”,- deyə o qeyd edib.

Qeyd edək ki, Uraloğlu, Azərbaycan tərəfindəki işləri izlədiklərini qeyd edib və bu il Zəngəzur dəhlizi çərçivəsində Türkiyə tərəfindən İğdır və Qarsa təxminən 224 kilometrlik xəttin tikintisinə başlamağı hədəflədiklərini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice