Bakı, AzerVoice
Asiya və Avropa qitələri arasında ən etibarlı və sürətli iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir.
AzerVoice-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat, ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxışı zamanı deyib.
Qeyd edək ki, Türkiyə Xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri ilə birgə mətbuat konfransı keçirib.
O, qeyd edib ki, bu formatda görüşlər qədim Türküstan, Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini inkişaf etdirmək üçün uyğun bir platformadır.
Xatırladaq ki, bu formatda görüşlərdən birincisi 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilib. 3-cü görüş isə Azərbaycanda keçiriləcək