48
Bakı,AzerVoice
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər,
ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli
görüşü keçirilir.
AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edilib.
Bildirilir ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın, həmçinin nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.
Xatırladaq ki, bu formatda görüşlərdən birincisi 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilib.