Əsas səhifə » Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

Bakı. AzerVoice:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas regiona səfəri çərçivəsində Azərbaycana da səfər edəcək.

Bu barədə özəl olaraq AzerVoice-a Brüsseldəki mənbə məlumat verib.

“Müvafiq nota Azərbaycan tərəfinə göndərilib”, - mənbə əlavə edib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.

Digər Kateqoriyalar

2025 © Azervoice