Əsas səhifə » Fərid Səfərli İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb - Birgə məlumat

Fərid Səfərli İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb - Birgə məlumat

Bakı, AzerVoice

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.

AzerVoice xəbərt verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunub.

Bildirilir ki, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

"Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir", - məlumatda qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice