Əsas səhifə » İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

İrakli Kobaxidze Azərbaycana səfərə gəlib

Bakı, AzerVoice

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AzerVoice xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Digər Kateqoriyalar

2025 © Azervoice