Bakı,AzerVoice
Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
AzerVoice xəbər verir ki, bu barədə o X sosial media hesabında paylaşım edib.
"Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə Allahdan rəhmət, Can Azərbaycan xalqına səbr diləyirəm",- deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Azerbaycan Havayolları'na ait yolcu uçağının düşmesi sonucu hayatını kaybeden yolculara Allah'tan rahmet; Can Azerbaycan halkına sabırlar dilerim.
— Selçuk Bayraktar (@Selcuk) December 25, 2024
Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə Allahdan rəhmət, Can…