Əsas səhifə » TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

Bakı, AzerVoice

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

AzerVoice xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.

Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm".

Digər Kateqoriyalar

2024 © Azervoice