Əsas səhifə » XİN rəhbəri serbiyalı həmkarı ilə iki ölkə arasında strateji tərəfdaşlığın aspektlərini müzakirə edib

XİN rəhbəri serbiyalı həmkarı ilə iki ölkə arasında strateji tərəfdaşlığın aspektlərini müzakirə edib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marko Djuriç ilə geniş tərkibdə görüş keçirib.

AzerVoice xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın siyasi, hərbi-iqtisadi, enerji, humanitar və digər aspektləri müzakirə edilib.

Hər iki tərəf bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəkdən, regional və beynəlxalq platformalar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Ceyhun Bayramov həmkarına Ermənistanla sülh və münasibətlərin normallaşdırılması prosesi, eləcə də, sülh gündəmində qalan problemlər barədə də məlumat verib.

Xəbər yenilənəcək

Digər Kateqoriyalar

2024 © Azervoice