73
Bakı,
AzerVoice
Azərbaycanın üzvlüyü təşkilatı daha da gücləndirəcək.
AzerVoice xəbər verir ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə keçirilən D-8 (İslam
Əməkdaşlığı Təşkilatına üzv olan İnkişaf Etməkdə olan Səkkizlər)
11-ci Zirvə görüşündə Azərbaycanın təşkilata üzvlüyünü xüsusi qeyd
edib.
"Qardaş Azərbaycana xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək." - deyə o bildirib.
Ərdoğan, Azərbaycanın yeni üzv kimi təşkilatda müvəffəqiyyətli addımlar atacağına inandığını ifadə edərək, uğurlar arzulayıb.