Əsas səhifə » Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir - Əhməd İsmayılov

Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir - Əhməd İsmayılov

Bakı, AzerVoice

Azərbaycan onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir.

AzerVoice xəbər verir ki, bu barədə bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısınınalınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir.

"Yeri gəlmişkən vurğulamaq lazımdır ki, 2022-ci ildə qüvvəyə minmiş "Media haqqında" Azərbaycan Respublikası Qanununda ilk dəfə media savadlılığına anlayış verilmiş, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvalə edilmişdir.

Agentlik tərəfindən cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlanıb"

Ə.İsmayılov bildirib ki, media və təhsil nümayəndələri, həmçinin yeniyetmə və gənclər media savadlılığı üzrə ixtisaslaşmış ekspertlər və dövlət rəsmiləri tərəfindən mütəmadiəsasda seminarlara cəlb olunmaqdadır.

"Ümumiyyətlə, son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində COP29 ərəfəsində və dövründə ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunmuşdur. İctimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin edilib"

Digər Kateqoriyalar

2024 © Azervoice