Əsas səhifə » Şuşa Bəyannaməsi münasibətlərimizin gələcəyinə dair yol xəritəsidir - Fuat Oktay

Şuşa Bəyannaməsi münasibətlərimizin gələcəyinə dair yol xəritəsidir - Fuat Oktay

Bakı, AzerVoice

44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub.

AzerVoice xəbər verir ki, bunu "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi təkcə bir müttəfiqlik bağı deyil, eyni zamanda münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir.

"44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi, Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurma iradəsinin ən konkret göstəricisi olub", - deyə o qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice