174
Bakı, AzerVoice
Dünyanın bir çox bölgəsində qeyri-sabitlik hökm sürür.
AzerVoice xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay söyləyib.
O bildirib ki, Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verənlər əlaqələrimizin daha da gücləndirilməsini labüd edir.
"Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır", -deyə o qeyd edib.