Əsas səhifə » Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

Bakı, AzerVoice

Xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabındakı paylaşımda deyilir.

Xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, habelə birgə təşəbbüs və layihələri müzakirə ediblər.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiyanın qurulmasının tezliklə başa çatdırılmasının, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Digər Kateqoriyalar

2024 © Azervoice