Bakı, AzerVoice
Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
AzerVoice xəbər verir ki, iclasa 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlər ikinci oxunuşda müzakirə olunur.
İclasın gündəliyinə 10 məsələ daxildir:
1. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi
haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
2. "Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında"
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. "İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında"
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu
haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
5. "Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının
həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
7. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr
tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
9. "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında" və
"İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
10. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).