Əsas səhifə » Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edilib

Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlığı müzakirə edilib

Bakı, AzerVoice

MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə parlament məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Həmçinin parlamentarilərimizin beynəlxalq təşkilatlarda, o cümlədən, MDB PA çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice