Əsas səhifə » Türkiyə XİN 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə XİN 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Bakı. AzerVoice

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

AzerVoice-nin məlumatına görə, bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.

“Azərbaycanın 36 il əvvəl başlatdığı müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan Milli Dirçəliş Gününü ürəkdən təbrik edir, eyni ruh və inamla ərazilərindəki işğala son verən azərbaycanlı qardaşlarımızın zəfərini bir daha təbrik edirik”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda Milli Dirçəli Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Digər Kateqoriyalar

2024 © Azervoice