Əsas səhifə » COP29 ümumi evimizin qorunmasına dəyərli töhfə verəcək - Papa Fransisk

COP29 ümumi evimizin qorunmasına dəyərli töhfə verəcək - Papa Fransisk

Bakı. AzerVoice

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.

AzerVoice xəbər verir ki, Papa Fransisk bu fikirləri ənənəvi “Angelus” duası zamanı səsləndirib.

Pontifik, Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini vurğulayaraq, “Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək,” deyə qeyd edib.

Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcəyi gözlənilir.

Digər Kateqoriyalar

2024 © Azervoice