Bakı,AzerVoice
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə təbrik edib
AzerVoice xəbər verir ki, bu barədə Fidan X sosial media hesabında paylaşım edib.
"Böyük sevinc və iftixar hissi ilə qardaş Azərbaycanın 8 Noyabr Qələbə Gününü təbrik edirəm",- deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Zəfər Gününün dördüncü ildönümüdür.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən iki il ötür. 2020-ci ilin noyabrında, 28 illik həsrətdən sonra, Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhəri işğaldan azad edilmiş və bu qələbə xalqımız üçün böyük tarixi və rəmzi məna kəsb etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətini və milli qürurunu təcəssüm etdirən bu tarix qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Kardeş Azerbaycan’ın 8 Kasım Zafer Günü’nü büyük bir sevinç ve gururla, yürekten kutluyorum.
— Hakan Fidan (@HakanFidan) November 8, 2024
Karabağ’ı öz yurduna kavuşturan Azerbaycanlı kardeşlerimizin zafer çoşkusunu paylaşıyor, azatlık mücadelesinde canlarını feda eden şehitlerimizi rahmetle, kahraman gazilerimizi hürmetle…