Əsas səhifə » Türkiyənin Ədliyyə naziri Azərbaycan xalqını təbrik edib

Türkiyənin Ədliyyə naziri Azərbaycan xalqını təbrik edib

Bakı,AzerVoice

Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə təbrik edib

AzerVoice xəbər verir ki, bu barədə Tunç X sosial media hesabında paylaşım edib.

"Qarabağ Azərbaycan ərazisidir və həmişə belə qalacaq.",- deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında Zəfər Gününün dördüncü ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən iki il ötür. 2020-ci ilin noyabrında, 28 illik həsrətdən sonra, Azərbaycanın tarixi ərazisi olan Şuşa şəhəri işğaldan azad edilmiş və bu qələbə xalqımız üçün böyük tarixi və rəmzi məna kəsb etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, xalqımızın qüdrətini və milli qürurunu təcəssüm etdirən bu tarix qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

Digər Kateqoriyalar

2024 © Azervoice