Bakı, AzerVoice
Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib
AzerVoice xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
"Zəfər Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.