Bakı,AzerVoice
Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) X sosial media hesabından 8 noyabr zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzerVoice həmin paylaşımı təqdim edir.
"Qarabağda qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, türkün gücünü bütün dünyaya nümayiş etdirən Azərbaycan türk qardaşlarımızın 8 Noyabr Zəfər Bayramını təbrik edirik",- deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.
Binlerce can kurban oldu,
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 8, 2024
Sinen harbe meydan oldu!
Kendini feda eden asker,
Her biri kahraman oldu!
Karabağ’da kahramanca bir mücadele ile öz topraklarını işgalden kurtaran ve Türk'ün gücünü bütün dünyaya gösteren asil Azerbaycan Türkü kardeşlerimizin 8 Kasım Zafer Günü’nü… pic.twitter.com/ovv4ofoZP0