Əsas səhifə » Türkiyə XİN zəfər günü ilə əlaqəli paylaşım edib

Türkiyə XİN zəfər günü ilə əlaqəli paylaşım edib

Bakı,AzerVoice

Türkiyə Xarici İşlər Nazirliyi 8 noyabr zəfər günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

AzerVoice həmin paylaşımı təqdim edir.

"Qədim Azərbaycan torpağı olan Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümünü ürəkdən qeyd edir, bu yolda şəhid olan qəhrəman şəhidlərimizi və veteranlarımızı rəhmətlə yad edirik",- deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Digər Kateqoriyalar

2024 © Azervoice