Əsas səhifə » Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.

AzerVoice xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların ölümü və böyük dağıntılar bizi dərindən kədərləndirir. Bu təbii fəlakətlə bağlı həlak olanların ailələrinə və İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilir.

Xəbər yenilənəcək

Digər Kateqoriyalar

2025 © Azervoice