Bakı,AzerVoice
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri, baş katibin köməkçisi Selvin Hart ilə görüşüb.
AzerVoice-in məlumatına görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilib.
Qeyd edilib ki, görüş zamanı iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə edilib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.