Əsas səhifə » Sabah Seyfəli poliqonunda istifadəyə yararsız döyüș sursatları məhv ediləcək - MN

Sabah Seyfəli poliqonunda istifadəyə yararsız döyüș sursatları məhv ediləcək - MN

Bakı. AzerVoice

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüș sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən AzerVoice-a verilən məlumata görə, döyüş sursatlarının məhv edilməsi prosesi 21.10.2024-cü il tarixdən 25.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Digər Kateqoriyalar

2024 © Azervoice