BAKI,AzerVoice
Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Özbəkistana səfər edən Misir Ərəb Respublikası Nümayəndələr Palatasının spikeri Hənəfi Əli əl-Cəbali Özbəkistan Ali Məclisinin Senatı ilə görüşüb.
AzerVoice xəbər verir ki, senat sədri Tanzila Norbayeva ilə keçirilən görüşdə Özbəkistan və Misir arasında parlamentlərarası münasibətlərin perspektivləri müzakirə edilib.
Misirin Özbəkistanın etibarlı tərəfdaşlarından biri olduğu, iki xalq arasında tarixi, mədəni və ənənəvi əlaqələrin əməkdaşlığın daha da möhkəmlənməsi üçün möhkəm bir əsas yaratdığı xüsusi vurğulanıb.
Dövlət başçıları səviyyəsində əldə olunan genişmiqyaslı sazişlərin uğurla həyata keçirilməsini təmin etmək üçün parlament nəzarətinin gücləndirilməsinin vacibliyi qeyd edilib.
Tərəflər Özbəkistan və Misir parlamentlərinin dostluq qruplarının fəaliyyətinin aktivləşdirilməsi, eləcə də birgə tədbirlərin təşkilinə diqqət yetiriblər.
Bununla yanaşı, iki ölkə arasında ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri müzakirə edilib.