Əsas səhifə » Aİ və Mərkəzi Asiya Arasında Ticarət Dövriyyəsi 54 Milyard Avroya Çatıb - Şavkat Mirziyoyev

Aİ və Mərkəzi Asiya Arasında Ticarət Dövriyyəsi 54 Milyard Avroya Çatıb - Şavkat Mirziyoyev

BAKI,AzerVoice

Son yeddi ildə Aİ ilə Mərkəzi Asiya arasında ticarət dövriyyəsi dörd dəfə artaraq 54 milyard avroya çatıb.

AzerVoice xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Səmərqənd şəhərində keçiriləcək “Mərkəzi Asiya–Avropa İttifaqı” ilk sammiti ərəfəsində Mərkəzi Asiya ilə Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq münasibətlərini və gələcək perspektivləri şərh edib.

Şavkat Mirziyoyev qeyd edib ki, “Mərkəzi Asiya–Avropa İttifaqı” əməkdaşlıq formatı çox geniş imkanlara malikdir və Avropa İttifaqı, o cümlədən G7-yə üzv olan üç böyük dövlətin (Almaniya, Fransa və İtaliya) daxil olduğu bir platformadır.

Özbəkistan Prezidenti həmçinin Mərkəzi Asiyanın qlobal nəqliyyat şəbəkəsindəki rolunun artırıldığını vurğulayıb. O, Xəzər və Transəfqan nəqliyyat dəhlizlərinin, region ölkələrinə dünya bazarlarına daha geniş çıxış imkanı yaratdığını bildirib.

2024-cü ildə Özbəkistanın Aİ-yə üzv ölkələrlə ticarət dövriyyəsinin 6,4 milyard dollara çatacağı gözlənilir, bu da ötən illə müqayisədə 5,2% artım deməkdir. Hazırda Özbəkistanda Avropa kapitalı ilə fəaliyyət göstərən 1000-dən çox şirkət var və investisiya layihələrinin ümumi dəyəri 30 milyard avroya bərabərdir.

Digər Kateqoriyalar

2025 © Azervoice