BAKI,AzerVoice
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev işgüzar səfərlə Tacikistanın Xucənd şəhərinə gedib.
AzerVoice xəbər verir ki, Mirziyoyevi Xucənd Beynəlxalq Hava Limanında Tacikistan Prezidenti Emoməli Rəhmon qarşılayıb.
Özbəkistan liderinin səfəri münasibətilə dövlət bayraqları qaldırılıb, milli musiqilər səsləndirilib və rəqslər ifa olunub.
Bu gün Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
Gündəliyə uyğun olaraq, dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Görüşün sonunda Özbəkistan, Tacikistan və Qırğızıstan dövlət sərhədlərinin kəsişmə nöqtəsi barədə sazişin imzalanması planlaşdırılır.
Prezidentlər, həmçinin, incəsənət ustalarının iştirakı ilə keçiriləcək birgə konsertdə iştirak edəcəklər.