Əsas səhifə » Özbəkistan və Vyetnam Arasında Ticarət Dövriyyəsi 200 Milyon Dollara yaxınlaşıb

Özbəkistan və Vyetnam Arasında Ticarət Dövriyyəsi 200 Milyon Dollara yaxınlaşıb

BAKI,AzerVoice

Özbəkistan Ali Məclisinin Senatı ilə Vyetnam Sosialist Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Dan Min Xoyun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş baş tutub.

AzerVoice xəbər verir ki, görüşdə Özbəkistan və Vyetnam arasındakı ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, xüsusilə ticarət-iqtisadi, əlaqələr müzakirə edilib.

Qeyd edilib ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 189,3 milyon dollar təşkil edib. Bu məbləğin 17,7 milyon dolları ixrac, 171,6 milyon dolları isə idxal olub.

Həmçinin, turizm sahəsində böyük potensial olduğu vurğulanıb. İki ölkə arasında qarşılıqlı turist axınının artırılması məsələsi müzakirə edilib.

Görüş zamanı, 5-9 aprel 2025-ci il tarixlərində Daşkənddə keçiriləcək 150-ci Parlametlərarası İttifaq Assambleyasına dair məlumat verilib.

Səfir həmçinin bildirib ki, Assambleyada Vyetnamın Milli Məclisinin sədri Çan Thanh Man rəhbərlik etdiyi təxminən 120 nəfərlik nümayəndə heyəti iştirak edəcək.

Görüşün nəticəsi olaraq, Parlametlərarası İttifaqın bu mühüm tədbirinə hazırlıq məsələləri və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikirlər mübadiləsi aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice