Bakı,AzerVoice
Daşkənddə Özbəkistan-Çin biznes forumu keçirilib. .
AzerVoice xəbər verir ki, forumda Çinin Zhengzhou şəhərindən olan nümayəndə heyəti və Özbəkistan iş adamları iştirak ediblər.
Tədbirdə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Forumda çıxış edənlər iki ölkə arasında qarşılıqlı faydalı biznes mühitinin gücləndirilməsinin avtomobil sənayesi, kənd təsərrüfatı, qida sənayesi, tikinti və təhsil kimi sahələrdə əməkdaşlıq imkanlarını genişləndirdiyini vurğulayıblar.
Özbəkistanın təbii sərvətləri və strateji baxımdan əlverişli coğrafi mövqeyi kənd təsərrüfatı, yüngül sənaye və tikinti materialları istehsalının sürətlə inkişaf etməsinə şərait yaradır. Bu amil Çin şirkətləri üçün Özbəkistanda kənd təsərrüfatı məhsullarının alışını artırmaq üçün əlverişli imkanlar açır.
Forumda avtomobil komponentləri sahəsində əməkdaşlıq və ekoloji cəhətdən təmiz tikinti materiallarının istehsalı üzrə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
Biznes forumun sonunda əməkdaşlığın inkişafına dair ikitərəfli sazişlər imzalanıb.