Bakı, AzerVoice
Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Sammitində Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzv statusunda təmsil edilməsinə hazır olduğunu bildirib.
Cənab Prezident Şavkat Mirziyoyev çıxışında aşağıdakı fikirləri diqqətə çatdırıb: "Hörmətli nümayəndə heyətlərinin rəhbərləri! Qardaş xalqlarımızı daha da yaxınlaşdırmaq, gəncləri əcdadlarımıza layiq ruhda tərbiyə etmək məqsədilə təşkilata üzv ölkələrin dillərində türk xalqlarının çoxcildli folklor toplusunu nəşr etmək yaxşı olardı. Bu istiqamətdə bizim aktual vəzifəmiz "türk ölkələrinin tarixi" kimi fundamental tədqiqatların birgə aparılmasıdır. Eyni zamanda, düşünürəm ki, türk dillərindən birbaşa tərcümənin stimullaşdırılması, məktəblərimizdə türk xalqları və onların tarixi, etnoqrafiyası, mədəniyyəti və incəsənəti haqqında fakültativ dərslərin aparılması məqsədəuyğundur. Bu baxımdan Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü seçilməyə hazır olduğunu bildiririk".
Biz – Türk Mədəniyyəti və İrsi Fondu olaraq Özbəkistan
Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə
göstərilən etimada görə dərin minnətdarlığımızı bildirir və bu
təşəbbüsün bizim üçün yüksək şərəf olduğunu vurğulamaq
istəyirik.
Türk Mədəniyyəti və İrsi Fondu fəaliyyət göstərdiyi dövrdə Türk
dünyasının ayrılmaz parçası olan Özbəkistanla bağlı bir çox
layihələr həyata keçirib.
Özbəkistan Prezidentinin bu təşəbbüsünün həyata keçirilməsi ortaq
mədəniyyətə, zəngin irsə və çoxəsrlik tarixə malik türk xalqları
arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsinə, həmçinin
Türk Mədəniyyəti və İrsi Fondu ilə türk ölkələri arasında mədəni
dəyərlərimizin öyrənilməsi, qorunması və təbliği istiqamətində
əməkdaşlığın güсləndirilməsinə geniş imkan yaradır.
Qeyd edək ki, bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə
qurucu ölkələr, Macarıstan isə Türk Mədəniyyəti və İrsi Fondunun
müşahidəçi ölkəsidir.