Əsas səhifə » Afrika HPV peyvəndində dünya üzrə ikinci sıraya yüksəlib

Afrika HPV peyvəndində dünya üzrə ikinci sıraya yüksəlib

BAKI, AzerVoice

Peyvəndlər Afrikada 1,8 milyon insanın həyatını xilas edib.

AzerVoice xəbər verir ki, il ərzində həyata keçirilən tədbirlər nəticəsində Afrikada ən az 1 milyon 800 min insanın həyatı xilas edilib.

Açıqlamada vurğulanır ki, bu nəticələr Afrika ölkələrində hökumətlərin, GAVI (Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyans), UNICEF və ÜST-nin birgə əməkdaşlığı ilə gerçəkləşdirilən genişmiqyaslı peyvənd kampaniyaları sayəsində mümkün olub. Xüsusilə qızılca, poliomielit və uşaqlıq boynu xərçəngi kimi təhlükəli xəstəliklərin yayılmasının qarşısı böyük ölçüdə alınıb.

ÜST-nin Afrika üzrə Regional Direktorunun müavini Çikve İhekweazu bildirib ki, poliomielit hallarının nəzərəçarpacaq dərəcədə azalmasına baxmayaraq, peyvəndə çıxışı olmayan uşaqlar və davam edən lokal epidemiyalar hələ də ciddi narahatlıq doğurur. "Peyvənd sahəsində böyük irəliləyişlər əldə olunub, lakin hələ görüləcək çox iş var. Güclü gələcək üçün peyvəndlərə sərmayə davam etməlidir," – deyə o vurğulayıb.

O əlavə edib ki, 2024-cü ilə qədər davam edən kampaniya çərçivəsində artıq 5 milyon uşaq peyvənd olunub. Xüsusilə HPV peyvəndi sayəsində bir çox gənc qızın uşaqlıq boynu xərçənginə yoluxmasının qarşısı alınıb və bu göstərici ilə Afrika dünyada HPV peyvəndi tətbiqində ikinci yeri tutur.

Qeyd edək ki, peyvənd proqramları hazırda da müxtəlif ölkələrdə geniş şəkildə davam edir və səhiyyə təşkilatları bu sahəyə dəstəyi gücləndirməkdə qərarlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice