BAKI, AzerVoice
Elon Mask Ağ Evi tərk edir.
AzerVoice xəbər verir ki, Tesla-nın
CEO-su Elon Musk, ABŞ administrasiyasında “hökumətin səmərəliliyi
departamenti” kimi tanınan Doge vəzifəsindən may ayında istefa
verəcəyini açıqlayıb.
Bu qərar Tesla-nın 2025-ci ilin ilk rübündə mənfəət və gəlirlərində
ciddi azalma yaşadığı dövrdə verilib.
Mask investorlara bildirib ki, “hökumətin maliyyə nizamını təmin etmək üçün əsas işlər tamamlanıb” və mayın 30-dan sonra Doge-dəki iştirakını xeyli azaldacaq. O, yalnız kritik məsələlər üçün həftədə bir-iki gün fəaliyyətini davam etdirəcəyini deyib.
Qeyd edək ki, Tesla ilk rübdə 19,3 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır və Wall Street proqnozlarından geri qalır. Şirkətin səhm üzrə qazancı da 43 sent gözləntilərinə qarşı 27 sent olub. Xalis mənfəət 71% azalaraq 409 milyon dollara düşüb.
Mütəxəssislər Teslanın brend böhranının səbəbini Muskın siyasi vəzifələri ilə əlaqələndirir və onun tam zamanlı CEO olaraq şirkətə dönməsinin vacibliyini bildirirlər.
Elon Mask isə mənfi rəyin iqtisadi qeyri-müəyyənliklərlə bağlı
olduğunu vurğulayıb.
“Böyük xərclər üçün insanlar ehtiyatlı davranır. Tesla bu mühitdən
ayrı deyil” - deyə qeyd edib.
Bununla belə, Mask gələcəyə ümidlə baxır. O, ilin sonuna qədər ABŞ-ın bəzi şəhərlərində tam avtonom Tesla modellərinin istifadəyə veriləcəyini və iyun ayında “Robotaxi” xidmətinin işə başlayacağını elan edib.
Şirkət ikinci rüb üçün maliyyə proqnozu təqdim etməyib və siyasətdəki dəyişikliklərin məhsul tələbinə təsir göstərə biləcəyini açıqlayıb.